Ru
19:17 / 25 Noyabr 2026

Rusiyada azərbaycanlı iş adamı ilə meriya arasında qalmaqal böyüyür

Rusiyada azərbaycanlı iş adamı ilə meriya arasında qalmaqal böyüyür
Eye

İş adamı və Azərbaycan diasporunun rəhbəri Yusif Xəlilov Voronejdəki "Yardı Superbar" restoranının sökülməsi barədə məhkəmənin qərarını icra etməməkdə ittiham olunur.

"Bakupost" xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.

Qeyd olunur ki, bir il öncə Voronej məhkəməsi restoranı qanunsuz tikili kimi tanıyaraq, onun sökülməsi barədə qərar çıxarıb.

"Xəlilovdan bu məsələ ilə bağlı heç bir cavab daxil olmayıb. "Yardı Superbar"ın elektrik enerjisi təchizatı dayandırılıb. Bundan əlavə, restoranın qaz xəttindən də ayrılması barədə məlumat verilib. Bina getdikcə daha da yararsız hala düşür", - deyə bildirilir.

Qeyd olunur ki, azərbaycanlı sahibkar məhkəmə qərarını bundan sonra da icra etməkdən boyun qaçırarsa, obyektin söküntüsü meriya tərəfindən həyata keçiriləcək. Restoranın yerləşdiyi iki torpaq sahəsinin geri alınması ilə bağlı qaldırılan iddiada həmin ərazilərin açıq hərracda satılması nəzərdə tutulur.

Məhkəmə müraciətinə dekabrın ortalarında baxılacaq. Voronej meriyası məhkəmə qərarının icrasının gecikdirildiyi hər gün üçün Xəlilovdan 30 min rubl (təxminən 618 manat) məbləğində cərimə tələb edir. Biznesmenin borcu artıq 6 milyon rubla (təxminən 123 min 628 manat) çatıb. Bundan başqa, şəhər rəhbərliyi Xəlilova məxsus digər obyektin - "Fort" restoranının da qanunsuz hesab olunmasına çalışır. Bu işlə bağlı məhkəmə çəkişməsi onilliklərdir davam edir.

Qeyd edək ki, ötən ilin sentyabrında Yusif Xəlilov rüşvət ittihamı ilə həbs olunub və daha sonra azadlığa buraxılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar