Ru
16:59 / 08 Oktyabr 2025

Rusiyada daha bir hərbi zavod yandı - VİDEO

Rusiyada daha bir hərbi zavod yandı - VİDEO
Eye

Bu gün günorta saatlarında Rusiyanın Novosibirsk şəhərində yerləşən elektrik avadanlıqları və müdafiə komponentləri istehsal edən zavodda yanğın baş verib.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zavodun anbar sahəsində başlayıb.

Məlumata görə, əraziyə 70 xilasedici və 23 texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub. Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın 2 min kvadratmetr sahədə baş verib.

Hadisənin səbəbi hələlik məlum deyil və xəsarət alanlar barədə məlumat yoxdur.

Bəzi mənbələrdə qeyd olunur ki, bu zavod həm də Rusiya müdafiə sənayesi üçün lehimli komponentlər, silahlar, rabitə vasitələri və elektronika istehsal edir.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar