Rusiya Belqorod vilayətinin Draqunskı kəndindəki bir evdə dəhşətli partlayış baş verib.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayışın təsiri ilə ev tamamilə dağılıb, tavan və divarlar uçub, ardınca güclü yanğın başlayıb. İlkin ehtimala görə, hadisə qaz sızması səbəbindən baş verib. Yerli sakinlərin sözlərinə görə, partlayış ev sahibinin işığı yandıran zaman meydana gəlib.
Hadisə nəticəsində 20 yaşlı qız xəsarət alıb. Dağılan evdən çıxmağı bacaran gənc qız xəstəxanaya çatdırılıb.
Cavid, BakuPost