Ru
15:14 / 15 Dekabr 2025

Katapulta pilotları tavana çırpdı – VİDEO

Katapulta pilotları tavana çırpdı – VİDEO
Eye

Rusiyada hərbi aviasiya ilə bağlı ağır insident baş verib. İki Rusiya hərbi pilotu təyyarənin anqarda olduğu vaxt katapult mexanizminin təsadüfən işə düşməsi nəticəsində həlak olub.

Bakupost.az “The Sun”a istinadən xəbər verir ki, insident bombardmançı tipli hərbi təyyarədə olub. Katapult sisteminin aktivləşməsi nəticəsində yüksək sürətlə anqarın beton tavanına çırpılan pilotlar həlak olub.

Hadisədən sonra Rusiya tərəfinin xüsusi dövlət komissiyası araşdırmaya başlayıb. İlkin ehtimallara əsasən, texniki nasazlıq və ya təhlükəsizlik prosedurlarının pozulması insidentə səbəb ola bilər. Rəsmi qurumlar hələlik hadisə ilə bağlı ətraflı açıqlama verməyib.

Xarici media qeyd edir ki, anqar şəraitində katapult mexanizminin işə düşməsi son dərəcə nadir haldır və bu hadisə Rusiya hərbi aviasiyasında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar