Ötən gecə Rusiyanın Volqoqrad şəhərinə raket hücumu olub. Sakinlər partlayışlar, eləcə də raketlər yerə düşdükdən sonra baş verən yanğın barədə bildiriblər.
Bakupost.az-ın xəbərinə görə, bu barədə Ukrayna KİV məlumat verib.
OSINT analitiklərinin məlumatına görə, Rusiyaya məxsus "İskəndər-M", "Topol-M" və "Yars" raket qurğuları istehsal edən və Rusiyanın hərbi sənaye kompleksinin əsas müəssisələrindən olan "Titan-Barrikadı" zavoduna hücum edilib.
Zavoda raket hücumu nəticəsində yaralıların sayı 11-ə çatıb, bir nəfər həyatını itirib.
Qeyd edilir ki, müəssisənin daha bir işçisinin axtarışları davam edir. Xəstəxanaya yerləşdirilən iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Bildirilir ki, böyük ehtimal, zərbələr Ukraynanın uzaqmənzilli "Flamingo" qanadlı raketləri tərəfindən həyata keçirilib.