Ru
22:41 / 08 İyul 2026

Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR

Rusiyada işləyən azərbaycanlılara  PİS XƏBƏR
Eye

Rusiyada çalışan xarici vətəndaşlar, o cümlədən minlərlə azərbaycanlı üçün yeni vergi qaydaları qəbul edilib.


"Bakupost" Savashmedia.az-a istinadla xəbər verir ki, Rusiya Dövlət Duması əmək miqrantlarına dair qanunvericiliyə dəyişiklikləri son oxunuşda təsdiqləyib. 


Yeni qaydalar Rusiyada patentlə və bəzi hallarda patentsiz işləyən xarici vətəndaşların vergi və maliyyə öhdəliklərini artırır.


Qanuna əsasən, miqrantlar fəaliyyət növündən asılı olaraq hər ay əvvəlcədən gəlir vergisi ödəyəcəklər. Fərdi ev təsərrüfatlarında patentlə işləyənlər ayda 1700 rubl, təşkilat və fərdi sahibkarların yanında patentlə işləyənlər 1200 rubl, patentsiz işləmək hüququ olan xarici vətəndaşlar isə 1700 rubl məbləğində ödəniş edəcəklər.


Bundan əlavə, miqrantın himayəsində olan hər bir ailə üzvünə görə ödənilən məbləğ 50 faiz artırılacaq. Xarici işçilər həmçinin özlərinin və ailə üzvlərinin yaşayış minimumundan az olmayan gəlirə malik olduqlarını təsdiqləməli olacaqlar. Əks halda onların əmək patenti və ya iş icazəsi uzadılmayacaq.


Yeni qaydalara görə, 18 yaşına çatan miqrant övladları ayrıca əmək patenti almalı və ya 30 gün ərzində Rusiyanı tərk etməlidirlər. Qanunun əsas müddəalarının 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.


Qeyd edək ki, Rusiya azərbaycanlı əmək miqrantlarının ən çox çalışdığı ölkələrdən biridir. Buna görə də qəbul edilən dəyişikliklər Rusiyada işləyən Azərbaycan vətəndaşlarının da vergi yükünə və ölkədə qalma şərtlərinə birbaşa təsir göstərəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar