Ru
12:41 / 26 Avqust 2025

Rusiyada miqrantlar onlayn izlənəcək

Rusiyada miqrantlar onlayn izlənəcək
Eye

Sentyabrın 1-dən etibarən Moskvada miqrantlar xüsusi mobil tətbiq vasitəsilə onlayn şəkildə izləniləcək.

Bakupost.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu tarixdən 4 illik eksperiment başlanacaq.

Belə ki, Rusiyaya vizasız işçi kimi gələn miqrantlar telefonlarına “Amina” adlı proqramı yükləməli olacaqlar. Tətbiq fasiləsiz olaraq onların yerini Rusiya Daxili İşlər Nazirliyinə ötürəcək.

Eksperimentin əsas məqsədi miqrasiya sahəsində nəzarətin səmərəliliyini artırmaq və paytaxt regionunda qanunsuz miqrasiyanı azaltmaqdır.

Bundan başqa, pilot layihə 2029-cu ilə qədər davam edəcək və sınaq başa çatdıqdan sonra, tətbiqin ölkənin digər regionlarında istifadəsi barədə qərar veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar