Ru
14:40 / 01 Sentyabr 2026

Rusiyada şagird müəllimə bıçaqla hücum etdi: 7 yaralı – VİDEO

Rusiyada şagird müəllimə bıçaqla hücum etdi: 7 yaralı – VİDEO
Eye

Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində 7-ci sinif şagirdi məktəbdə müəllimə bıçaqla hücum edib.

“Bakupost” Rusiya KİV-ə istinadla xəbər verir ki, məktəbli əvvəlcə müəllimənin üzərinə bibər qazı püskürdüb, daha sonra isə onu bıçaqlamağa çalışıb. Köməyə gələn valideynlərdən biri qızı sinifdən çıxarıb.

Şahidlərin sözlərinə görə, məktəbli hadisədən əvvəl təxminən iki saat məktəbdə olub. Belə ki, dərsdən öncə tualetə gedərək qapını içəridən bağlayıb. Təxminən 10 dəqiqə sonra oradan əlində bıçaq və içində alışdırıcı maddə olan şüşə ilə çıxıb. Onlar qızın göz bəbəklərinin genişləndiyini, əsəbi və qəribə davrandığını bildiriblər.

Hadisə nəticəsində 5-i məktəbli olmaqla 7 nəfər xəsarət alıb.

Əraziyə xüsusi xidmət əməkdaşları cəlb olunub.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar