Ru
23:29 / 22 Aprel 2026

Rusiyada Teleqramın təsisçisinə çağırış vərəqəsi gəldi

Rusiyada Teleqramın təsisçisinə çağırış vərəqəsi gəldi
Eye

"Telegram" mesencerinin təsisçisi Pavel Durova "Şübhəli bilinən Durov P.V." qeydi olan çağırış vərəqəsi daxil olub. Sənəd Durovun 20 il əvvəl Rusiyada qeydiyyatda olduğu ünvana göndərilib.

Bakupost.az xəbər verir ki, bu barədə sahibkar öz "Telegram" kanalında paylaşım edib.

"Yəqin ki, mən Rusiya Konstitusiyasının söz azadlığını və şəxsi yazışma hüququnu təmin edən 29 və 23-cü maddələrini müdafiə etməkdə şübhəli bilinirəm. Təqsirkar olduğum üçün fəxr edirəm!" - deyə Durov yazıb.

Xatırladaq ki, "Roskomnadzor" fevralın əvvəlindən Rusiyada "Telegram"ın işinin ləngidilməsini (yavaşladılmasını) gücləndirib. Rusiya hakimiyyəti mesenceri milli qanunvericiliyin tələblərinə əməl etməməkdə ittiham edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar