Ru
23:29 / 18 Avqust 2026

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına REAKSİYA

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına  REAKSİYA
Eye

Zərurət yaranarsa, Azərbaycan Baş Prokurorluğunun rusiyalı jurnalistləri beynəlxalq axtarışa vermək qərarı kontekstində vətəndaşlarımızın qanuni hüquq və mənafelərinin qorunmasını təmin edəcəyik.

"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Azərbaycana məsələni müzakirə etməyi təklif edib:

"Ümid edirik ki, belə bir dialoq baş tutacaq".

Qeyd edək ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar "Moskva 24" televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev; Rusiya Federasiyasında özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar