Enerji atəşkəsinə hazırıq və detalları razılaşdırmaq üçün Rusiyadan obyektlərin konkret siyahısını gözləyirik.
"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Georgi Tixiy məlumat verib.
"Əgər ruslar buna ciddi şəkildə hazırdırlarsa, o zaman qoy obyektlərin siyahılarını təqdim etsinlər və detalları dəqiqləşdirsinlər, biz bunu gözləyirik”, - Tixiy qeyd edib.