Ru
15:18 / 01 İyun 2026

Rusiyadan Ermənistana zərbə: Meyvədən balığa qədər hər şeyə qadağa

Rusiyadan Ermənistana zərbə: Meyvədən balığa qədər hər şeyə qadağa
Eye

Rusiya Ermənistanla ticarət münasibətlərində daha bir məhdudlaşdırıcı addım atıb. Pomidor, çiyələk və digər kənd təsərrüfatı məhsullarından sonra bu dəfə Ermənistanın balıq və balıq məhsulları ixracı hədəfə alınıb.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, Rusiya tərəfi Ermənistanın balıq emalı müəssisələri və forel yetişdirmə təsərrüfatlarında apardığı yoxlamaların nəticələrindən narazı qaldığını açıqlayıb.

Məlumata görə, müəssisələrin yarısı yoxlamalara icazə verməyib, yalnız iki şirkət nəzarətdən uğurla keçə bilib. Bu səbəbdən Rusiya Ermənistan tərəfindən 2 iyun 2026-cı ildən etibarən yoxlamadan keçən iki müəssisə istisna olmaqla, bütün şirkətlərin Rusiyaya göndərdiyi canlı balıq və balıq məhsulları üçün baytarlıq sertifikatlarının verilməsini dayandırmağı tələb edib.

Son aylarda Rusiya Ermənistanın çiçək, meyvə və tərəvəz məhsullarına da müxtəlif məhdudiyyətlər tətbiq edib. Daha əvvəl pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti qadağa qoyulmuşdu. Moskva qərarların fitosanitar və təhlükəsizlik tələbləri ilə bağlı olduğunu bildirsə də, ekspertlər bunu Rusiya ilə Ermənistan arasında son dövrlərdə artan siyasi gərginliyin növbəti əlaməti kimi qiymətləndirirlər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın gələcəkdə Avropa İttifaqına qoşulacağı təqdirdə, onun məhsullarının artıq Avrasiya İqtisadi İttifaqının güzəştlərindən yararlana bilməyəcəyini bəyan etmişdi.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar