Rusiyanın Ermənistan hakimiyyətinin hazırkı kursu ilə bağlı heç bir illüziyası yoxdur.
"Bakupost" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, ordu generalı Oleq Salyukov jurnalistlərə deyib.
O.Salyukova görə, Rusiya artıq imzalanmış sənədlərin və götürülmüş öhdəliklərin təhlilinə əsaslanır:
"2025-ci ildə imzalanmış Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında "Ermənistanın Avro-Atlantik institutlarına inteqrasiyanın dərinləşdirilməsi ortaq prioritetdir. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş islahat proqramlarını planlaşdırırlar".