Ru
19:44 / 06 İyun 2026

Rusiyadan gələn ermənilərə xəbərdarlıq: “Həbs olunacaqsınız” – Nə baş verir?

Rusiyadan gələn ermənilərə xəbərdarlıq: “Həbs olunacaqsınız” – Nə baş verir?
Eye

Hərbi toplanışlardan yayınmağa görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bakupost.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Qurum bildirib ki, hökumət ehtiyatda olan əsgər, çavuş və zabit heyəti üçün təlim-məşq toplanışları elan edib. Qanunvericiliyə əsasən, ölkə ərazisində olan vətəndaşlar çağırış vərəqəsi aldıqdan sonra hərbi komissarlığa gəlməyə borcludurlar.

Bu fonda bir sıra erməni Teleqram kanalları Rusiyadan gələn çağırış yaşlı vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulduğunu iddia edib. Bildirilir ki, bu şəxslər hərbi xidmətə və ya təlim-məşq toplanışlarına göndərilmək üçün ölkədən buraxılmırlar.

İddialara görə, məhdudiyyətlər iyunun 7-də keçirilən səsvermədə iştirak etmək üçün Ermənistana gələn şəxslərə də şamil olunur. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Bundan əvvəl də İrəvan hava limanında ehtiyatda olan hərbi qulluqçulara çağırış vərəqələrinin təqdim edildiyi barədə məlumatlar yayılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar