Ru
15:57 / 08 Oktyabr 2026

Rusiyadan ölkəmizə mal ixracı kəskin azalıb: 1 milyardlıq azalmanın səbəbləri

Rusiyadan ölkəmizə mal ixracı kəskin azalıb: 1 milyardlıq azalmanın səbəbləri
Eye

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Aleksey Overçukla görüşüb. Tərəflər Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Onu da qeyd edək ki, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycanın Rusiyadan idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq təxminən 2,5 milyard dollardan 1,5 milyard dollara düşüb.
Rusiyadan ölkəmizə idxalın azalma səbəbləri nədir?

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Bakupost”a bildirib ki, bu idxalda azalmaya səbəb olan amillərdən biri pul köçürmələrilə bağlı yaşanan müəyyən problemlərdir:

“Burada Rusiyaya qarşı Qərbin sanksiyalarının gücləndirilməsi də öz sözünü deyir. Bundan başqa, Rusiya müəyyən müddət özünün istehsal etdiyi ərzaq məhsullarının ixracına qadağalar qoyub. Əsas məhdudiyyətlərdən biri də taxılla bağlı idi ki, bu qadağa da yenicə aradan qaldırılıb. Məhz Rusiya daxili bazarında yaşanan problemlər səbəbindən bir sıra məhsulların ixracına məhdudiyyətlər tətbiq etməli olub ki, bu da özünü digər ölkələr, o cümlədən Azərbaycanla ticarət dövriyyəsində azalmaların baş verməsində göstərib”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar