Ru
20:59 / 03 Oktyabr 2025

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!
Eye

Rusiya Azərbaycan və Türkiyədən yanacaq alıb Krıma tədarük etmək istəyir.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov “nyus.ru”ya bildirib ki, rəsmi Moskva kütləvi şəkildə Çin, Türkiyə, Belarus və Azərbaycandan yanacaq ala bilər.

“Əvvəllər Uzaq Şərqdəki kəsir Sibir kimi qərb bölgələrindən artan tədarüklə qapadılırdısa, indi bu bölgələrdə artıq yanacaq yoxdur. Ona görə də onlara Çindən və digər Asiya ölkələrindən yanacaq almağa icazə verilir. Qafqaz və Kuban vasitəsilə Krımın tələbatı ödənilə bilər. Belarusdan tədarüklər Mərkəzi Rusiya və Şimal-Qərb əyalətlərinin kəsirini təmin etmək üçün mümkündür”, – Yuşkov vurğulayıb.

Qeyd edək ki, Ukrayna sistemli şəkildə Rusiyadakı NEZ-ləri vurur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar