Rusiyanın Baş naziri Mixail Mişustin "VKontakte" sosial şəbəkəsi və milli messencer "Max"dan aktiv şəkildə istifadə etdiyini bildirib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi bu açıqlamanı "Rəqəmsal həllər" forumundakı sərgiyə baş çəkərkən verib.
Baş nazir həmçinin yerli neyron şəbəkələrinin aktiv istifadəçisi olduğunu da söyləyib. Bildirib ki, daim “Yandex”dəki “Alice”ə müraciət edir. Daha əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də yerli sosial mediada hesablarının olduğunu bildirib. O, “Odnoklassniki” və “Vkontakte”da öz adı altında qruplar qeydiyyatdan keçirib.
Rüfət Sultan,
BakuPost