Ru
16:55 / 26 Sentyabr 2025

Zorlamada ittiham olunan rusiyalı sabiq deputat axtarışa verildi

Zorlamada ittiham olunan rusiyalı sabiq deputat axtarışa verildi
Eye

Rusiya Dövlət Dumasının keçmiş deputatı Yuri Napso zorlanma ittihamı ilə axtarışa verilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat “112” telegram kanalında yayımlanıb.

İstintaq materiallarına görə, 2023-cü ilin mart ayında Napso 19 yaşlı köməkçisinə cinsi təcavüz edib və sonra ölkədən qaçıb. O, əvvəlcə İrəvana, daha sonra isə Dubaya gedib.

Bu müddət ərzində o, 200 gün parlament iclaslarında iştirak etməyib. Onun uzunmüddətli yoxluğu 2025-ci ilin aprel ayında üzə çıxarılıb və nəticədə deputat mandatından məhrum edilib.

Qeyd olunur ki, Yuri Napso 2008-ci ildə Rusiya Cinayət Məcəlləsinə dəyişikliklərin hazırlanmasında iştirak edib və zorakılıq edən şəxslərin ömürlük həbs və ya ölüm cəzası ilə cəzalandırılmasını təklif etmişdi.

Bakupost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar