Bu ilin yanvar-may ayları ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 15 neft emalı zavoduna zərbələr endirərək yanacaq bazarında böhrana səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib.
"Uzunmüddətli sanksiyalar planımız addım-addım həyata keçirilir. Bu ilin yanvar-may ayları arasında əsgərlərimiz Rusiyanın 15 neft emalı zavoduna zərbə endirə biliblər. Bu, əhəmiyyətlidir. Artıq Rusiyanın öz ərazisindən aviasiya yanacağı və benzin ixracına qadağa qoyulub və dizel ixracına qadağa qoyulması nəzərdən keçirilir. Bu yaxınlarda yanacaqdoldurma məntəqəsi adlandırılan bir ölkə üçün hətta bunu itirmək də əhəmiyyətli bir hekayədir, əhəmiyyətli bir itkidir. May ayı etibarilə Rusiyada ilkin neft emalının təxminən 40%-i dayandırılıb", - deyə o bildirib.