Ru
14:42 / 24 İyul 2026

Rusiyanın can damarına zərbə

Rusiyanın can damarına zərbə
Eye

Ukrayna Rusiyanın Leninqrad vilayətində yerləşən, ölkənin ən böyük elektron ticarət şirkətlərindən biri olan “Wildberries”ə məxsus logistik mərkəzə növbəti dəfə hücum edib.

“Bakupost” xəbər verir ki, hücum nəticəsində anbarda yanğın baş verib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko üç nəfərin yaralandığını açıqlayıb. “Wildberries” isə bölgədəki iki logistik mərkəzdə fəaliyyətini müvəqqəti dayandırdığını bildirib.

Məlumata görə, hücumun digər hədəfi Kirov şəhərində yerləşən “Aviatek” aviasiya zavodu olub. Bildirilir ki, müəssisəyə raket zərbəsi endirilib. Lakin bununla bağlı Rusiya rəsmiləri hələlik rəsmi təsdiq və ya dəyən zərərə dair açıqlama verməyiblər.

Qeyd edək ki, son günlər Ukraynanın “Wildberries” şirkətinə məxsus bir neçə logistik mərkəzi hədəf aldığı bildirilir. Kiyev bu obyektlərin Rusiya ordusunun logistik təminatında istifadə olunduğunu iddia etsə də, Moskva bu məlumatı təkzib edir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar