Ru
12:27 / 08 Sentyabr 2026

Rusiyanın hərbi resursları nə zaman tükənə bilər? – Ukraynanın yeni ümid qapısı

Rusiyanın hərbi resursları nə zaman tükənə bilər? – Ukraynanın yeni ümid qapısı
Eye

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşenko bildirib ki, Rusiyanın Ukrayna ilə müharibə aparmaq üçün resursları yalnız 2028-ci ilə qədər kifayət edəcək.

“Bakupost” xəbər verir ki, İvaşenko bu resursların Rusiyada olmaması üçün Ukraynanın tərəfdaşlarla birgə işi gücləndirməli olduğunu bildirib.

Görəsən, yaxın iki ildə Rusiya doğrudanmı resurs baxımından tükənəcək?

Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, Rusiyanın iqtisadi vəziyyəti 2025-ci ildən başlayaraq, heç də yaxşı deyil, pisləşməyə doğru gedir:


“Bu əsasda Rusiyanın cari ildə müharibəni dayandıracaqlarını proqnozlaşdırırdım. Bütün hallarda görünən odur ki, Rusiya üçün müharibəni aparmaq çətin olacaq”.

Bununla yanaşı, müsahibimiz Moskvanın hərbi imkanlarının tükənəcəyini düşünmür:

“Hərbi resursları kifayət qədərdir. Rusiyanın hərbi sənayesi son 3-4 ildə kifayət qədər aktiv işləyib. Bu istiqamətdə böyük sıçrayış var. Müharibə başlayanda Rusiyanın dronu olmayıb. Dronları əsasən İrandan alırdı. İndi isə Moskva bu istiqamətdə fəaliyyətini gücləndirib. Rusiyada xammal məsələsi də problem deyil. Onlarda hər şey var. Ona görə deməzdim ki, 2028-ci ildə Rusiya resurs problemi yaşayacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar