Ru
21:48 / 04 İyun 2026

Rusiyanın müdafiə naziri Azərbaycana gələcək

Rusiyanın müdafiə naziri Azərbaycana gələcək
Eye

Rusiyanın müdafiə naziri Andrey Belousovun oktyabr ayında Bakıya səfəri planlaşdırılır.


Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) Rusiya-Azərbaycan sessiyasında bildirib.

Diplomat qeyd edib ki, "Rusiya müdafiə naziri cənab Belousov üçün açıq dəvətnaməmiz var. Onun bu ilin oktyabr ayında Bakıya səfərini səbirsizliklə gözləyirik".

O, səfərin "çox vacib və güclü bir təkan" ola biləcəyini vurğulayıb: "Çünki bu, həssas qarşılıqlı əlaqə sahəsidir. Əlbəttə ki, burada nə qədər sıx və fəal işləməyimiz münasibətlərin və ikitərəfli əməkdaşlığın ümumi səviyyəsini müəyyən edəcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar