Rusiyanın Penza şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində yanacaq növbəsində mübahisə və sonradan əlbəyaxa dava yaşanıb.
"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Xatırladaq ki, yanacaqdoldurma məntəqəsində yanacaq qıtlığı və ya yanacaq çatdırılmasındakı fasilələr səbəbindən sürücülər arasında uzun növbələr yaranır. Gözləmə müddətinin uzun olması və növbənin pozulması ilə bağlı mübahisə qısa müddətdə qarşıdurmaya çevrilir.
Qeyd edək ki, Rusiyanın bəzi regionlarında yanacaq çatışmazlığı və qiymət artımı ilə bağlı müxtəlif problemlərin yaşandığı barədə vaxtaşırı məlumatlar yayılır.