Ru
22:18 / 30 May 2026

Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistanın cavabı

Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistanın cavabı
Eye

Rusiyadan qaz tədarükü ilə bağlı heç bir problem yoxdur.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiyanın Ermənistana təbii qaz tədarükünə dair sazişin dayandırılması və ya ləğv olunmasının mümkünlüyü barədə məktub göndərməsindən sonra Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan verib.

“Biz bu məlumatı həmkarlarımızdan almışıq və lazım gəldikdə onlarla işləyirik. Adi iş rejimindəyik. Bundan artıq heç nə yoxdur”, – deyə nazir vurğulayıb.

Xudatyan söyləyib ki, Rusiyadan qaz tədarükü adi qaydada davam edir və problemli məsələlər yoxdur:

“Rusiyadakı həmkarlarımız və “Qazprom”dakı tərəfdaşlarımızla daimi əlaqədəyik, normal işləyirik”.

Qeyd edək ki, məktubda əgər İrəvanın Avropa Birliyinə üzvlük prosesini davam etdirəcəyi təqdirdə, qaz tədarükünün dayandırılacağı bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar