Sıxılmış təbii qaz (LNG) daşıyan “Arctic Metagaz” adlı rus tankeri Aralıq dənizində yanıb.
Bakupost.az “İnterfax”a istinadən xəbər verir ki, tanker Malta sahillərinə yaxın zonada yanıb. Ekipaj son anda xilas edilib, heç bir itki qeydə alınmayıb.
Hadisənin səbəbi dəqiq təsdiqlənməsə də, müxtəlif mənbələr iddia edir ki, tankerə Ukraynaya aid pilotsuz dəniz katerləri tərəfindən hücum edilib. Bu vasitələrin Liviya sahillərindən yönləndirildiyi bildirilir. Lakin bununla bağlı rəsmi sübutlar hələ açıqlanmayıb.
Rusiya Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, hücum NATO üzvü Malta yaxınlığında baş verib, tankerin Murmansk limanından çıxaraq beynəlxalq qaydalara uyğun yüklə hərəkət etdiyi bildirilib. Nazirlik bu hadisəni “terrorizm və dəniz quldurluğu aktı” kimi qiymətləndirib və bunu beynəlxalq səviyyədə qınamağa çağırıb.
Eyni zamanda “Reuters” və digər beynəlxalq mənbələr qeyd edir ki, gəmi ABŞ və Britaniya sanksiyaları altında olub və son dəfə martın 2-də Malta sahillərində izlənib.
Cavid, BakuPost