Ru
11:15 / 26 Sentyabr 2026

Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO

Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO
Eye

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən "Bakupost"a bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 104 ədəd "şaftalı" formalı qablaşdırmada xalis təmiz çəkisi 51 kq 906 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar