Ru
14:06 / 08 İyun 2026

Ruslan Quliyev vəfat etdi

Ruslan Quliyev vəfat etdi
Eye

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.

Bakupost.az Korrekt.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 53 yaşlı R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Bizim.media-nın məlumatına görə o, İsmayıllı rayonunda olarkən infarkt keçirərək vəfat edib.

Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar