Ukrayna döyüş meydanında irəliləyiş əldə edir, Rusiya isə böyük itkilər verir.
Bakupost.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte bildirib.
"Onlar hər ay 30 min ilə 35 min arasında rusiyalını öldürür və ciddi şəkildə yaralayırlar. Bunlar inanılmaz rəqəmlərdir", - deyə o bildirib.
Rutte həmçinin əlavə edib ki, ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, eləcə də ABŞ Dövlət katibi Marko Rubio Ukraynada sülh sazişini fəal şəkildə təşviq edirlər, lakin Kreml sülhə hazır olduğunu nümayiş etdirməlidir.