Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin yaxınlığında yerləşən Radiuşne qəsəbəsinə ruslar Şimali Koreya istehsalı olan raketlə zərbə endirib.
"Bakupost" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Radiuşnedə ballistik raket bir ailənin yaşadığı evə düşüb. Nəticədə valideynlər və onların övladları həlak olublar:
"Radiuşneyə hücum zamanı ruslar uzun fasilədən sonra ilk dəfə Şimali Koreya istehsalı olan raketdən istifadə ediblər. İlkin məlumatlar bunu göstərir. Əlbəttə, əlavə ekspertizalar aparılacaq, hər şey yoxlanılacaq. Lakin hazırkı məlumata görə, bu, Şimali Koreya istehsalı olan ballistik raketdir".