Ru
21:27 / 28 İyul 2026

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür
Eye

Rusiyadan Ermənistana köçənlərin sayında yenidən kəskin artım müşahidə olunur və bu, artıq 2022-ci ildəki səviyyəyə yaxınlaşıb.

"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, bu barədə “Verstka” nəşri Ermənistandakı daşınmaz əmlak agentlərinə istinadən məlumat yayıb.

Rieltorların sözlərinə görə, son bir neçə ayda İrəvanda mənzil kirayəsi qiymətləri təxminən 30% artıb. Onlar bunu Ermənistana gələn yeni rusiyalı miqrant axını ilə əlaqələndirirlər.

Mənbənin bildirdiyinə görə, son illərdə onların müştərilərinin əksəriyyətini artıq İrəvanda yaşayan rusiyalı mühacirlər təşkil edirdi. Hazırda isə müştərilərin təxminən 80%-i Ermənistana yeni gələn və ya yaxın vaxtlarda köçməyi planlaşdıran Rusiya vətəndaşlarıdır.

Rieltorlar bildirirlər ki, yeni tələbat dalğası may bayramlarından sonra başlayıb və getdikcə güclənir. Müştərilərin bir hissəsi artıq avqustun sonu və sentyabr ayı üçün mənzil axtarır.

“Verstka”nın həmsöhbətlərindən biri iddia edir ki, Rusiyanı tərk edənlərin bir qismi sentyabrın 18–20-də keçiriləcək Dövlət Dumasına seçkilərdən əvvəl ölkədən çıxmağa çalışır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar