Rusiya əhalisinin 71 faizi Prezident Vladimir Putinin fəaliyyətini müsbət qiymətləndirir. Respondentlərin 70 faizi isə dövlət başçısına etibar etdiyini bildirib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, bu nəticələr İctimai Rəy Fondunun (FOM) sentyabrın 4-də açıqladığı rəy sorğusunda əksini tapıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 17 faizi Putinə etibar etmədiyini, 14 faizi isə onun prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib.
Baş nazir Mixail Mişustinin fəaliyyətini respondentlərin 53 faizi müsbət, 15 faizi isə mənfi qiymətləndirib.
Rusiya hökumətinin fəaliyyətinə münasibətdə isə göstəricilər daha fərqlidir. Sorğuda iştirak edənlərin 43 faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib, 35 faizi isə əks mövqe bildirib.
Rüfət Sultan,
BakuPost