Ru
18:06 / 14 Oktyabr 2025

Rüstəm Minnexanovdan cəsarətli addım...

Rüstəm Minnexanovdan cəsarətli addım...
Eye

“2010-cu ildən Tatarıstan Respublikasının Prezidenti (Rəisi) olan Rüstəm Nurqali oğlu Minnexanov birmənalı şəkildə bəyan etdi ki, Tatarıstan Rusiya-Ukrayna müharibəsinə əsgər göndərməli deyil. Çünki Tatarıstanın insan resursları son dərəcə məhduddur. Yaxşı olar ki, əhalinin sıxlığı ilə seçilən Moskva və Sankt-Peterburqdan əsgər toplasınlar...”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elbəyi Həsənli bildirib.

Onun sözlərinə görə, bu, son dərəcə ciddi bəyanatdır:

“Rusiyanın qeyri-ruslar yaşayan bölgələrindən bu kimi çağırışlar getdikcə daha inadla səslənir. İmperialist Rusiya isə müharibədən istifadə etməklə Rusiyadakı etnik azlıqları, yəni qeyri-rusları məhv etməyə çalışır...

Xatırladım ki, Tatarıstan prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. Yəni o, Tatarıstanla Azərbaycanın yaxşı münasibətlərə sahib olması üçün ciddi işlər görüb. Türkiyə ilə də Tatarıstan arasında xoş münasibətlərin olması təqdirəlayiqdir. Rusiyanın təzyiqlərinə baxmayaraq, Rəis bunu da bacarıb. Bu faktdır ki, Türkiyənin Rusiyaya qoyduğu sərmayənin üçdə biri Tatarıstanın payına düşür. Əlbəttə, bu, təsadüfi deyil...”.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar