Ru
19:39 / 03 İyun 2026

Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin

Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin
Eye

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistan xalqını iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyana səs verməyə çağırıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, o, Paşinyanın seçkilərdəki əsas rəqibi Samvel Karapetyanın Rusiya layihəsi olduğunu deyib.

Saakaşvili iddia edib ki, Ermənistan Nikol Paşinyanın rəhbərliyi altında Rusiya boyunduruğundan azad olaraq, sürətlə ABŞ və Avropaya yaxınlaşır.

“Siz təkcə Paşinyanla Karapetyan (erməni İvanişvili) və ya başqa biri arasında seçim etmirsiniz. Siz keçmişlə gələcək, köləliklə azadlıq, səfalətlə rifah, müharibə ilə sülh arasında seçim edirsiniz”, - Gürcüstanın sabiq prezidenti ermənilərə müraciətində bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar