Ru
21:59 / 13 Oktyabr 2025

Saakaşvilinin partiyası ləğv edilə bilər

Saakaşvilinin partiyası ləğv edilə bilər
Eye

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası yaxın günlərdə sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətinin qadağan olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya məlumat yayıb.

Onun sözlərinə görə, partiyanın qanunsuz fəaliyyətinin tanınması tələbi ilə məhkəməyə təqdim ediləcək iddia ərizəsinin mətni artıq hazırdır:

“İddia ərizəsinin üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə təqdim ediləcək”.

Qeyd edək ki, sentyabrın 27-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabr ayında Saakaşvilinin 2004-2013-cü illərdə rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasının qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini açıqlamışdı.

Bundan əvvəl Tbilisi Şəhər Məhkəməsi Mixeil Saakaşvilini və onun sabiq mühafizə rəisi Teymuraz Canaşiyanı dövlət vəsaitlərinin mənimsənilməsinə görə təxminən 9 milyon lari (3 milyon ABŞ dollarından çox) məbləğində ziyanı büdcəyə ödəməyə məcbur edib. Məhkəmə qərarı Gürcüstan Maliyyə Nazirliyinin tələbi əsasında hakim Aleksandr Qzirishvili tərəfindən çıxarılıb.

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanda sabiq Prezidentin partiyasının liderlərindən biri də saxlanılmışdı.

Onu da bildirək ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Bu ilin əvvəlində isə eks-Prezident 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar