Ru
19:48 / 06 İyul 2026

Sabah bağçalara elektron qəbul başlayacaq

Sabah bağçalara elektron qəbul başlayacaq
Eye

Azərbaycanda regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə 7 iyul saat 11:00-dan etibarən elektron növbələrin yaradılmasına başlanılır.


Bu barədə "Bakupost"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.

Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.

Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar