Ru
22:15 / 30 İyul 2026

Sabah Bakının bu üç ərazisində qaz olmayacaq

Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
Eye

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.


Bu barədə "Bakupost"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R.Rüstəmov, E.Süleymanov, Q.Qarayev və C.Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar