Sabah bizi çətin oyun gözləyir.
Bakupost.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, yaxşı təcrübəyə malik komandaya qarşı oynayacaqlarını bildirib: "Nyukasl" dünyanın bir nömrəli liqasında çıxış edir. Matça çox ciddi hazırlaşıblar. Bizə uyğun olmayan oyun üslubu var. Sürətli oyun sərgiləyirlər. Ağıllı şəkildə mübarizə aparmalıyıq".
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.