Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 18-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba 21-22, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.