Ru
13:55 / 02 İyul 2026

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Eye

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq.

Bu barədə "Bakupost"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar