Ru
12:50 / 06 Avqust 2026

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Eye

Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar