Ru
12:33 / 11 Avqust 2026

Sabah yağış yağacaq

Sabah yağış  yağacaq
Eye

Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar