Ru
23:36 / 21 Oktyabr 2026

Sabah Yasamal və Binəqədidə işıq olmayacaq

  Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
Eye

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

"Bakupost" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələri və Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Binəqədidə 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsi, 6-cı mikrorayon ərazisindəki İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi yerlərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar