İyunun 5-də IV siniflər, iyunun 6-da isə VI siniflər üzrə monitorinqlərin keçirilməsi ilə əlaqədar, paytaxtda monitorinq mərkəzi kimi müəyyən edilmiş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada aparılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, iyunun 5-də monitorinq keçirilən 108 mərkəzdə IV siniflər istisna olmaqla, digər siniflərdə tədris distant formada təşkil olunacaq. İyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla, digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant formada aparılacaq.
İdarədən qeyd ediblər ki, monitorinq nəticələri şagirdlərin summativ qiymətlərinə və sinifdən-sinfə keçməsinə təsir etmir. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görməkdir.
Qeyd olunan tarixlərdə monitorinq mərkəzi seçilmiş məktəblərin siyahısı ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz: