Ru
12:35 / 17 Yanvar 2026

“Sabah”dan Braziliyaya qayıtmaq istəyir

“Sabah”dan Braziliyaya qayıtmaq istəyir
Eye

“Sabah”ın braziliyalı legioneri İqor Noqeyra ölkəsinin mətbuatına açıqlama verib.

Bakupost.az Braziliya mediasına istinadən xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi karyerasını yetişdiyi klubda yekunlaşdırmaq istəyir. Bakıda son aylarını keçirən futbolçu deyib ki, bir çox Braziliya klublarından təkliflər alıb.

2024-cü ilin avqustunda Portuqaliyanın “Chaves” klubundan “Sabah”a transfer olan futbolçu Misli Premyer Liqası klubunun əsas heyət oyunçusudur. 29 yaşlı futbolçu komandanın müdafiə xəttində etibarlı oyun nümayiş etdirir.

Ölkə çempionatında indiyə qədər 23 oyuna keçirən futbolçu 2 qola imza atıb. Bundan başqa braziliyalı legioner Avropa kuboklarında 6 (Avropa Liqası – 2, Konferans liqası – 4) oyun keçirib.

Noqeyra Misli Premyer Liqasında yubiley – 400-cü qolun müəllifi olub. Bu 2024-2025 mövsümünün 34-cü turunda keçirilən "Sabah" - "Şamaxı" oyunun 12-ci dəqiqəsində qeydə alınıb.

Müdafiəçinin “Sabah”la müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

İqor Noqeyra “Fluminense” akademiyasında yetişib və bir müddət Braziliya çempionatında da çıxış edib. Futbolçu peşəkar debütünü də doğma klubunda edib.

Fateh, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar