Ru
18:19 / 04 Avqust 2025

Sabiq baş nazir Lopesin konsertinə görə hökuməti tənqid etdi

Sabiq baş nazir Lopesin konsertinə görə hökuməti tənqid etdi
Eye

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan amerikalı müğənni Cennifer Lopesin İrəvanda konsert verməsi üçün hökumət tərəfindən bir neçə milyon dollar məbləğində vəsait ayrılmasına qəzəblənib.

Bakupost.az xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində paylaşım edib.

Siyasətçi bu addımı Konstitusiyaya zidd adlandırıb. Baqratyan qeyd edib ki, dövlət sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Çünki bu, böyük korrupsiya riskləri daşıyır. O, əlavə edib ki, konsert üçün biletlər satılıb.

“Büdcənin pulu cəmiyyətə məxsusdur və konsertdə çox məhdud sayda vətəndaş iştirak edir. Bu məsələ ilə prokurorluq və korrupsiya orqanları məşğul olmalıdır”, - deyə o yazıb.

Baqratyan vurğulayıb ki, ölkənin təhsil, elm, mədəniyyət, idman və maliyyə nazirləri belə bir tədbirin keçirilməsinin səbəblərini izah etməlidirlər.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar