Ru
19:30 / 20 May 2026

Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Eye

"Azərsutəchizattikinti" ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.

Bakupost.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.

Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.

Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar