Ru
18:44 / 06 İyul 2026

Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu

Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
Eye

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb.

"Bakupost" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilirdi.

Onlar üçü də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinib, yalnız Gövhər Əhmədova məhkəmə zalında həbs edilib. O, 5 il azadlıqdan məhrum olunub. Vəli Rəhimova 2 min manat cərimə cəzası kəsilib. F.Novruzova isə hazırda hamilədir. Bu səbəbdən ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, doğulacaq övladı 14 yaşına çatana kimi hökmün icrası təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 700 min manat mənimsəmədə ittiham olunurdular. Prokuror üçünə də 10 il həbs tələb etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar