Ru
21:31 / 07 Oktyabr 2026

Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq

Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
Eye

Bakının Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Bakupost"a verilən məlumata görə, oktyabrın 8-i saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsi təmir ediləcək.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar