Ru
13:11 / 18 May 2026

Sabunçuda sexdə baş verən yanğın söndürüldü

Sabunçuda sexdə baş verən yanğın söndürüldü
Eye

12:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.


Bakupost.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

***

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar