Ru
12:56 / 27 Dekabr 2022

Şagirdin telefonunun qiyməti müəllimin 4-5 aylıq maaşıdır - Aqil Abbas

3580
Qanun qəbul etməklə təhsilimizi düzəldə bilmirik.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Aqil Abbas deyib.

Millət vəkili şagird və müəllimlərlə bağlı bəzi məsələlərə də toxunub:

“Bu gün orta məktəb şagirdlərinin ağır çantasını mən götürə bilmirəm. Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya ştanqist olacaqlar, ya da qozbel. İkinci məsələ, müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, milli qəhrəmanlardır. Uşağa bir şapalaq vurub deyə, 30 illik müəllimi məktəbdən qovublar. Belə şey olar? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz. Peyğəmbərimiz deyirdi ki, mənə bir hərf öyrədənin 40 il onun qulu olaram. Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər ki, müəllim onun quludur. Keçmişdə nadinc şagirdləri məktəbdən çıxarardılar, onlar üçün ayrıca məktəb olardı. Amma onlar orada elə tərbiyə alardı ki, içindən polislər, polkovniklər çıxırdı. İndi şagirdlər müəllimin başına çıxır. Şagirdin telefonun qiyməti müəllimin 4-5 aylıq maaşıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər